Almaniya Bosniyaya qoşun göndərir
8-07-2022, 19:16
77

Almaniya Bosniyaya qoşun göndərir

Almaniya parlamenti Bosniyadakı Aİ-nin sülhməramlı missiyası üçün qoşun göndərilməsi barədə qərar qəbul edib.
 
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Rəsmi Berlin EUFOR adlanan missiya üçün 50 sülhməramlı göndərəcək.
 
Qeyd edək ki, Qərb Rusiyanın Ukraynaya müdaxiləsindən sonra buradakı müharibənin Balkanlara sıçramasından narahatdır. Bosniya müharibə zonasından yüzlərlə kilometr uzaqda yerləşir, lakin ekspertlər deyir ki, Moskvadan üstüörtülü dəstək alan Bosniya serbləri separatçı fəaliyyəti gücləndirə bilər. 
 
Avropa İttifaqı buradakı qoşunların sayını 600-dən 1100 nəfərə çatdırıb.
 

Oxşar xəbərlər