Almaniyadan Azərbaycana deportasiya gözlənilir
23-11-2022, 12:04
41

Almaniyadan Azərbaycana deportasiya gözlənilir

Almaniyadan Azərbaycana deportasiya gözlənilir
Almaniyada mühacir həyatı yaşayan azərbaycanlılar təşvişə düşüblər.

Bu barədə Almaniyada yaşayan azərbaycanlılar sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, noyabr ayının sonlarında Almaniyadan Azərbaycana deportasiya gözlənilir. Sənədləri qaydasında olmayan, qanunsuz mühacirət edənlərin ölkədən çıxarıla biləcəyi vurğulanır.

O da qeyd edilir ki, alman polisi bu günlərdə mühacirlərin yaşadığı ünvanlara gedərək yoxlamalara başlayıb.

Aparılan yoxlamalar bəzi soydaşlarımızı təşvişə salıb.

Oxşar xəbərlər