
Dünya
Bu gün, 15:36
666
Konqoda Ebola virusuna yoluxanların sayı 2 500-ü keçib
Konqo Demokratik Respublikasının beş əyalətində Ebola qızdırmasına yoluxma halları artmaqda davam edir.
Bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda təsdiqlənmiş yoluxma hallarının sayı 2 536-ya çatıb. Onlardan 738 nəfəri təcrid olunub və ya xəstəxanalarda müalicə alır.
Məlumata əsasən, indiyədək 506 nəfər xəstəlikdən sağalıb, 1 033 nəfər isə Ebola virusu səbəbindən həyatını itirib.





