BMT münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstəyini davam etdirir.
Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi səhifəsində qeyd edilib.
"BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstəyini davam etdirir. 2021-ci ildə fəaliyyətimiz nəticəsində, təxminən, 86 min nəfərin mina riskləri haqqında məlumatlılığı artırılıb, münaqişədən zərər çəkmiş 44 min nəfərə isə təcili yardım göstərilib", - deyə məlumatda bildirilib.

Siyasət
8-09-2022, 14:05
120
BMT Azərbaycanı dəstəkləyir
