Azərbaycanlılar Fransada etiraz aksiyası keçirəcək
25-11-2022, 18:50
45

Azərbaycanlılar Fransada etiraz aksiyası keçirəcək

Azərbaycanlılar Fransada etiraz aksiyası keçirəcək
Fransa Milli Assambleyasının yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə etiraz olaraq aksiya keçiriləcək. Xaricdə yaşayan azərbaycanlılar tərəfindən təşkil olunacaq aksiya noyabrın 28-də baş tutacaq.  
 
Fransada yaşayan azərbaycanlı hüquqşünas, politoloq Zaur Sadıqbəyli  açıqlamasında hazırda aksiyaya hazırlıq görüldüyünü bildirib.
 
“Növbəti dəfə keçiriləcək aksiyaya ciddi hazırlıq işləri gedir. Bu dəfə aksiyada Fransanın müxtəlif yerlərindən gələn soydaşlarımız iştirak edəcək. Artıq bizim bəyanat və şüarlarımız hazırdır. Eyni zamanda, biz Fransa hüquq mühafizə orqanları ilə birgə işləyirik. Vaxtımız dəqiqləşib, həmçinin ermənilər tərəfindən ola biləcək təxribatların qarşısını almaq üçün mühafizə olunacağıq.
 
Fransada yaşayan ermənilər tərəfindən də aksiya gözlənilir, amma eyni gündə deyil. Milli Assambleyaya göndərəcəyimiz məktublar da hazırdır”, - deyə Zaur Sadıqbəyli vurğulayıb.

Oxşar xəbərlər