Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.
Ermənilərə göndərilən mesajda qeyd olunub:
“Azərbaycana xoş gəlmisiniz! Sizin üçün rus dilinə və ya qəbul edən ölkənin nömrələrinə daxil olan və gedən zənglər - 39 rubl/dəq, SMS - 13 rubl ödənilir. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin telefon nömrəsi: +994 12 597 08 70”.
Sosial şəbəkələrdə geniş rezonans doğuran mesaj Xankəndi erməniləri arasında təşvişlə qarşılanıb.
