Müharibədə məhv edilən erməni hərbi qulluqçuların sayı 5000-dən çoxdur
17-05-2021, 09:00
58

Müharibədə məhv edilən erməni hərbi qulluqçuların sayı 5000-dən çoxdur

“Bu gün Qarabağ müharibəsi nəticəsində 5000-dən artıq qurban və 3500-dən artıq itkin düşən haqqında danışılır”.
 
Bunu jurnalistlərlə görüşündə Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan deyib.
 
“Lakin başa düşmək lazımdır ki, mümkündür ki, 3500 itkin düşəndən, bu rəqəmin maksimum 10, 20 və ya 30 faizi əsir düşüb. Qalanı, təəssüf ki, böyük ehtimalla ölüb”, - deyə o bildirib.
 
Erməni deputat çaşqınlıqla bildirib ki, yaralı erməni əsgərlərin yaxınları onlar üçün özləri ağrıkəsicilər almağa məcburdurlar.(ordu.az)

Oxşar xəbərlər