Deputat Aqiyə Naxçıvanlı Qazinin müraciətini nəzarətə götürdü! - FOTOLAR
15-04-2021, 00:00
158

Deputat Aqiyə Naxçıvanlı Qazinin müraciətini nəzarətə götürdü! - FOTOLAR


117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı hər ay olduğu kimi aprel ayinda da seçicilərlə növbəti onlayn görüşünü keçirdi. Görüşdə əsas məqsəd Vətən müharibəsində iştirak etmiş qazilərə, şəhid ailələrinə diqqət, əhalinin məşğulluğu və pandemik vəziyyətdə seçiciləri narahat edən digər məsələlərin aşkar edilərək həllinə kömək göstərilməsi oldu.

İlk olaraq görüşə Vətən müharibəsi iştirakçısı, qazi - Cavid Valehov dəvət olundu. Onu səmimiyyətlə qəbul edərək, dinləyən deputat Aqiyə Naxçıvanlı Cavidin timsalında bütün müharibə iştirakçılarını qazanılmış şanlı qələbə münasibəti ilə təbrik etdi. Millət vəkili qazilərin və şəhid ailələrinin problemlərinin ölkə Prezidenti Cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu, onların müalicələrinə həssaslıqla yanaşıldığını, sosial-məişət qayğılarının qısa müddətdə həll edilməsinin dövlət qarşısında prioritet məsələ kimi qoyulduğunu diqqətə çatdırdı. Deputat Cavid Valehovun etdiyi müraciəti şəxsən nəzarətə götürdü və onun qısa zamanda həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verdi.

Qəbula gələn tələbə valideyni Qabil Abdurahmanov deputatın Oğuzda təhsil məsələlərinə hər zaman önəm verdiyi və Oğuzlu tələbələri daim dəstəklədiyi üçün öz təşəkkürünü bildirdi. Onun tövsiyələri sayəsində övladı - Abdurahmanlı Salatın Qabil qızının artıq Bakı Dövlət Universitetinin doktorantı olmasını və bundan sonra da elm yolunda ona hər zaman dəstək olacağına ümid etdiyini söylədi.

Digər seçici – Kərimov Elvin Polad oğlu pandemiya səbəbindən hal-hazırda işsiz olduğunu və ona bacarığına uyğun iş tapılması üçün köməklik göstərilməsini xahiş etdi. Vətəndaşın müraciəti qeydə alınaraq, işlə təmin olunması üçün Ərazi Məşğulluq idarəsinə məktub ünvanlanması qərara alındı.
Qəbula gələn Qəbələ rayonu Bum qəsəbə sakini Tofiq Qaragözov isə ali məktəbdə təhsil alan övladının müəyyən səbəblərdən yaranan problemlərinin həlli üçün köməklik göstərilməsini xahiş etdi. Deputat elə görüş zamanı aidiyyəti təhsil müəssisəsinin rəhbərliyi ilə əlaqə saxlayaraq, onunla maksimum köməklik göstərilməsi ilə bağlı məsləhətləşmələr etdi.

Qəbulda iştirak edən digər seçicilər də onları qəbul etdiyi üçün deputata öz təşəkkürlərini bildirdirərək problem və xahişlərini çatdırdılar. Aqiyə Naxçıvanlı onların hər birini səmimiyyətlə dinləyərək səsləndirilən müraciətləri qeydiyyata aldı. Bəzi müraciətlər yerindəcə həll edildi, digərlərinin isə həlli üçün aidiyyəti qurumlara məktub ünvanlanılacağı bildirildi.

aia.az







Oxşar xəbərlər