Daşkəsəndə ağacların qənimi İbrahim adlı sahibkar qanunsuz əməliylə meydan sulayır – VİDEOFAKT
19-04-2021, 13:57
79

Daşkəsəndə ağacların qənimi İbrahim adlı sahibkar qanunsuz əməliylə meydan sulayır – VİDEOFAKT

Əziz oxucular!

Daşkəsəndə ağacların qəniminə çevrilən İbrahim adlı şəxsin meşə cinayəti hüdud tanımır. Belə ki, özünün sahibkarlıq etdiyi əraziyə, hansı ki, bu əraziyə yaxınlıqdakı çaydan çınqıl, qum, xırda daş daşınır, İbrahim daha rahat yol açmaq niyyətilə meşəlik ərazini talamaqla məşğuldur. Kəsilmək üçün nəzərdə tutulmayan ağacları kökündən qoparıb məhv etməklə, özünün daha çox gəlir əldə etməsindən başqa heç nə düşünməyən bu adam “heç kim mənə gözüm üstə qaşım var” deyə bilməz qədər iddialıdır.
Çox maraqlıdır, İbrahim bu boyda qayda pozuntusu, cinayət əməlini sərbəst törətməkdə kimə, yaxud kimlərə arxayındır ki, jurnalistləri təhqir etməkdən belə çəkinmir?
Araşdırmamız davm edir.
Bizi izləyin…
Seymur Məmmədov,
Aztv.news
 


Oxşar xəbərlər