Ağdaşda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib - FOTO
12-04-2021, 12:43
64

Ağdaşda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib - FOTO




Ağdaşda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib - FOTO
Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
 
Bildirilib ki, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.  
 
Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.
 
Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
 

Oxşar xəbərlər