Professorların sayı artdı - Daha 64 nəfər
21-10-2022, 15:59
53

Professorların sayı artdı - Daha 64 nəfər

Professorların sayı artdı - Daha 64 nəfər 
Bakı Dövlət Universitetinin (BDU) 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib.
 
Bu barədə  BDU-dan məlumat verilib.
 
Bildirilib ki, Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib. Daha sonra cari məsələlərə baxılıb.
 
Elmi Şuranın qərarına əsasən, tədris fəaliyyətinə cəlb edilən işçilərin əməyinin saathesabı qaydada ödənilməsinin məbləği artırılıb. Bu məbləğ 1 saata görə professor və ya elmlər doktorları üçün 10 manatdan 15 manata, dosent və ya fəlsəfə doktorları üçün 7 manat 50 qəpikdən 11 manata, elmi adı və ya dərəcəsi olmayan müəllimlər üçün 5 manatdan 7 manat 50 qəpiyə qaldırılıb.
 
Elmi Şura həmçinin 2022-ci il üçün BDU-nun doktoranturasına qəbulun nəticələrini təsdiqləyib.

Oxşar xəbərlər