Zəngəzur dağlıq ərazi olmasına baxmayaraq, Azərbaycanın elmi, mədəni və dövlətçilik həyatında mühüm yeri olan bölgələrimizdən biridir. Qarabağ, Naxçıvan və Təbriz kimi mədəniyyət mərkəzlərimizin qonşuluğunda yerləşən qədim Zəngəzur diyarı həmişə bu mərkəzlərlə sıx iqrisadi, mədəni və mənəvi əlaqədə olub.
Rusiya imperiyasına ilhaq edilənə qədər Zəngəzurda təhsil məscidlərin yanında fəaliyyət göstərən mədrəsələrdə və evlərdə fərdi ruhanilər tərəfindən həyata keçirilib. İlkin səviyyədə təhsil alıb oxuma-yazmanı öyrənən gənclərdən imkanları olanlar sonradan öz təhsillərini Təbriz, Tehran, Ərdəbil, Məşhəd, Nəcəf, Bağdad və Şam kimi şəhərlərin böyük mədrəsələrində davam etdiriblər.
Qarabağ xanlığının tarixinə dair ən etibarlı mənbə sayılan üç "Qarabağnamə" dən birinin müəllifi, əslən Zəngəzurun Məmər kəndindən olan Mir Mehdi Xəzani və tarixi şəxsiyyət sufi şairi, təsəvvüf alimi, Zəngəzurun Cicimli obasında dünyaya göz açmış Nəqşibəndi şeyxi Mir Həmzə Nigari, habelə görkəmli şair, tarixçi və siyasi xadim Mir Mövsüm Nəvvab ilk təhsillərini Zəngəzurda evdə fərdi təhsil verən din xadimlərindən alıblar.
Mir Mehdi Xəzani və Mir Mövsüm Nəvvab uşaq yaşlarından dostluq etmişlər və birlikdə Qafanın Seyidlər kəndində yaşayan Bağdadda mədrəsə bitirmiş Axund Zülfüqardan dərs alıblar.
Mir Həmzə Nigari isə ilk təhsilini atası Mir Rüknəddin Əfəndidən, sonra isə Şəkinin Dəhnə kəndində bir ruhanidən alıblar.
Azərbaycan Rusiyaya ilhaq ediləndən sonra Zəngəzurdan olan bir çox gənclər Tiflis və Gəncə gimnaziyasında, Qori seminariyasında, Sankt- Peterburq, Moskva, Kiyev, Kazan və s. Universtetlərində təhsil ala bilmişdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri iık müdafiə naziri və Qarabağın general qubernatoru olmuş Xosrov bəy Sultanov Kiyev Hərbi Tibb Akademiyasının məzunu idi. Onun böyük qardaşı xalq qəhrəmanı Sultan bəy Sultanov isə Gəncə gimnaziyasını bitirdikdən sonra Sankt Peterburqda Ali Hərbi Akademiyada təhsil almışdı.
AXC maarif və dini etiqad naziri, Kiyev Universitetinin hüquq fakultəsinin məzunu Nurməmməd bəy Şahsuvarov, parlamentinin üzvləri Cəlil bəy Sultanov, Mirzə Sadıq Axundzadə, Kazan Universitetinin məzunu Həşim bəy Hacıyev, SSRi Elmlər Akademiyasinin ilk azərbaycanlı akademiki Əli Əmiraslanov, Ermənistan SSR KP MK yeganə azərbaycanlı katibi olmuş Məmməd Salman oğlu İsgəndərov Zəngəzur təhsilinin yetirmələri olublar.
Şərqi Zəngəzurun Azərbaycanın tərkibində inkişaf etdiyini nəzərə alaraq, bu məqalədə daha çox XIX- XX əsrlərdə Qərbi Zəngəzurda təhsilin əsas məqamlarına diqqət yönəltməyi məqsədə uyğun saydıq.
Qərbi Zəngəzurda dini-mənəvi mühit, təhsil, məktəb həyatı, pedaqoji fəaliyyət tarix elmləri doktoru, professor Vəfa xanım Quliyevanın tədqidat işlərində, həmçinin əslən Zəngəzurun Gorus rayonunun Şurnuxu kəndindən olan tanınmış müəllim Əli Adıgözəlovun 1986-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasında və qismən tərəfimizdən ətraflı araşdırılmış və kifayət qədər dərin təhlil edilib.
Sovet hakimiyyəti qurulana qədər azərbaycanlıların təhsili mollaxanalarda, mədrəsələrdə və rus-tatar məktəblərində həyata keçirilmişdir. Zəngəzurda hər üç-dörd kənddən birində mollaxanalar olmuşdur. Mollaxanalarda 6-8 uşaq 4-6 il, adətən bir molladan təhsil alıblar.
Zəngəzurun Sisyan rayonunun Şəki kəndində və Qafan rayonunun Kurud kəndində 9-10 il təhsil verən ibtidai mədrəsə olub. 1900-1917-ci illərdə Şəki məktəbində Qazı Məmməd Əfəndinin mədrəsəsində təhsil almış şagirdlər Nuxada təsdiq olunduqdan sonra sünni kəndlərində mollalıq etmək hüququ alıblar.
Kurud kəndindəki mollaxanada dərs deyən Axund Əbdürrəhman Hacı oğlu Tehranda ali mədrəsə bitirmişdi.
Sisyan rayonunun Urud kəndindəki 9 illik mədrəsə tipli mollaxana daha mütərəqqi olub, dini ayinləri öyrətməkdən başqa, dünyəvi elmlərdən də məlumat verirdi. Həmin mollaxanada dərs deyən Mirzə Sadıq Axundzadə Təbrizdəki Ali mədrəsəni bitirmişdi. Urud, Şəki və Kürdük mədrəsələri yerli xeyriyyəçilər tərəfindən maliyyələşdirildiyindən burada oxuyan şagirdlər təhsil haqqı verməkdən azad idilər.
XIX əsrin axırları, XX əsrin əvvəllərində Zəngəzurun bir çox kəndlərində molla məktəbləri ilə yanaşı, ibtidai təhsil verən dünyəvi məktəblər açılmağa başladı. Bu məktəblərdə təhsil adətən biri rus dili olmaqla iki dildə (kəndlərin əhali tərkibindən asılı olaraq azərbaycan, yaxud erməni dilində) aparılırdı. Ötən əsrdə Zəngəzurun ilk ali təhsilli ziyalılarından biri olan el ağsaqqalı Əbdülmənaf Hacıyev bu məsələni belə nəql edir:
Urud kəndində ruhani ailəsi yaşayırdı- Molla Bağıruşağı. (1980-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olmuş Kamran Bağırov da bu tayfadandır- M. U.). Həmin ailə- yəni mollabağırlılar kəndin uşaqlarına dərs deyirdilər, cəmisi 10-12 nəfər tələbəyə dərs verərək ayda hər nəfərdən 50 qəpik pul alırdılar...
İlk təhsilini Urud kəndindəki mollaxanada alan Əbdülmənaf Hacıyev 1930-cu ildə Moskvada Ali Həmkarlar Məktəbini, 1934-cü ildə isə həmin şəhərdə Ümumittifaq Ali Hüquq Akademiyasını bitirmiş, 1934-36-cı illərdə Bakıda ədliyyə sistemində, 1936-1949-cu illərdə isə Naxçıvan MSSR Ədliyyə Naziri vəzifəsində çalışmışdır.
Ə.Hacıyev “Mənim qeydlərim” adlı xatirələrində yazır:
“1906-cı ilin əvvəllərindən başlayaraq Sisyan mahalının kəndlərində məktəblər açılmağa başladı. Şəki, Sisyan, Şıxlar, Ağudi, Vağədi, Urud kəndlərində məktəblər açılmağa başladı. 1906-cı ildə bizim Urud kəndində açılan məktəbə daxil oldum, 1911-ci ildə həmin məktəbi bitirdikdən sonar Gorus şəhərindəki orta məktəbə daxil oldum”.
Qafan rayonunun Baharlı kəndində molla İsmayıl İmamalı oğlu, Gığı kəndində molla Fərzəli Piriyev, Şəhərcik kəndində molla Tağı, Sisyan rayonunun Şıxlar kəndində molla Ələsgər və molla Səməd, Dəstəgird kəndində molla Nuşirəvan, Vağədi kəndində molla İbrahim Xəlil ibtidai təhsil verən mollaxanalar açmış və ayda bir manat təhsil haqqı almaqla şagirdlərə oxumaq, yazmaq öyrətmişlər.
Bütün Yelizavetpol quberniyasında olduğu kimi, Zəngəzurda da, dünyəvi məktəblərin açılması 1875-ci ildən sonraya təsadüf edir. Yelizavetpol qubernatorunun qərarı ilə 1876-cı ildə quberniyanın üç əyalətində (Dağ Kəsəmən, Cəbrayıl və Gorus kəndlərində) rus-tatar məktəbi açıldı. 1882-ci ildə isə quberniya ərazisində daha beş dünyəvi məktəb açıldı ki, bunlardan üçü Zəngəzur qəzasının kəndlərində (Qubadlı, İrsevanik və Qarakilsə) təşkil edildi. Ümumiyyətlə, Yelizavetpol quberniyasında 1901-ci ilədək 28 ibtidai rus-tatar məktəbi fəaliyyət göstərirdi ki, bunun da 12-si Zəngəzurda idi.
Qeyd etmək yerinə düşərdi ki, Zəngəzurda təşkil edilmiş bu məktəblərdə təhsil almış şagirdlərin arasından çox görkəmli ədəbiyyat, elm və dövlət xadimləri çıxmışdır. Xalq yazıçısı Əli Vəliyev Urud mədrəsəsi haqqında yazırdı: "Nəcəfdə ali təhsil alıb, mollalıq hüququna malik olan Fətullah, Gorusda iki dərəcəli rus məktəbini qurtarmış Sadıq, məşhur şair Ləlini bağlamış şair Mirzə Hüseyn Urudda yaşayırdılar. Urudda oxumuşlar, savadlılar, söz qoşanlar, təbi gələnlər bizim kənddən qat-qat çox idi".
Urud kəndində uzun illər (1918-ci ilə qədər) Molla Bağırlılar ailəsi, Molla Səmih , Molla Fətullah mədrəsədə dərs demişlər.
Yeri gəlmişkən, qeyd edək ki, Əli Vəliyev ilk təhsilini 1916-1918-ci illərdə Şəki kəndindəki rus-tatar məktəbində almışdır.
Qubadlıdakı beş siniflik ibtidai rus-tatar məktəbini bitirmiş xalq yazıçısı Süleyman Rəhimov həmin dövrü belə xatırlayır: "Mən bu kənddə bir neçə evdə qalmaqla, onların ev işlərini görməklə yanaşı, oxuyurdum. Ömrümün ən çətin illəri idi. Ancaq, ruhdan düşmürdüm, məktəbdən qaçmırdım. Bu məktəb Zəngəzur qəzasında yaxşı cəhətdən ad çıxarmışdı. Məktəbin müdiri Qori seminariyasını Üzeyir Hacıbəyovla birlikdə bitirmiş Həsən bəy Soltanov idi".
Zəngəzurda Sovet hökuməti qurulduqdan sonra Zəngəzur azərbaycanlıları öz ata-baba yurdlarına qayıtdıqca məktəb-təhsil məsələsi də yavaş-yavaş qaydaya düşməyə başladı. Zəngəzurun azərbaycanlı kəndlərində ilk dəfə olaraq Qafanın Gığı və Şəhərcik, Sisyanın Şıxlar, Vağədi, Ərəfsə və Urud, Meğrinin Vartanizor və Aldərə kəndlərində ibtidai məktəblər açıldı.
1930-cu ildə isə artıq Zəngəzurda otuz məktəb fəaliyyət göstərirdi ki, onlardan 28-i birinci dərəcəli (dörd sinifli), 2-si isə ikinci dərəcəli (yeddi sinifli) məktəblər idi.
1941-ci ildə Zəngəzurdakı 42 Azərbaycan məktəbinin 23-ü ibtidai, 15-i yeddi illik, 4-ü isə orta (Vağədi, Şəhərcik, Meğri, Şəki) təhsil müəssisəsi idi.
Ermənilərin hər cür müqavimət göstərmələrinə, açıq və gizli şəkildə maneçilik törətmələrinə baxmayaraq, ikinci dünya müharibəsindən sonrakı illərdə də Zəngəzur azərbaycanlıları çox mütəşəkkil bir ardıcıllıqla, davamlı bir səylə məktəb və tədris prosesini daim yüksəltmək üçün mübarizə aparmışlar və bir çox şeyə nail olmuşlar. Sonuncu deportasiya ərəfəsində Zəngəzurda 42 ümumtəhsil Azərbaycan məktəbi olmuşdur. Həmin məktəblərdə çalışan 500-dən çox müəllimin yarısından çoxu ali təhsilli idi, 13 müəllim isə əməkdar müəllim adına layiq görülmüşdür. Ermənistan SSR-nin əməkdar müəllimi adını almış Sisyan rayonundan Həbib Bayramov, Ağaqulu Nəcəfov, Qafan rayonundan Əliş Qarayev, Cəlal Zeynalov, Bəhlul İmaməliyev, Cahangir Rüstəmov, Qabil Həsənov, Səriyyə Həsənova, Həsən Şəkərəliyev, Nüsrət Şıxəliyev, Meğri rayonundan Həsən Məmmədov, Məmmədbağır İbrahimov, Həsənqulu Hacıyev respublikanın adlı-sanlı müəllimlərindən olmuşlar. Məhz bu müəllimlərin ardıcıl fəaliyyətinin nəticəsi idi ki, Sovet dönəmində Zəngəzurdan minlərlə şagird müxtəlif istiqamətli ali təhsil ocaqlarına daxil olmuş və müvəffəqiyyətlə o institutları bitirmişdilər. Onu da qeyd etmək lazımdır ki, məhz Zəngəzurda aparılan uğurlu tədris prosesinin sayəsində Zəngəzur torpağından 12 akademik, 50-dən çox elmlər doktoru, professor, 200-dən çox elmlər namizədi yetişmişdir.
İndi zəngəzurlu ziyalıların sorağı Amerikadan, Almaniyadan, Fransadan, İngiltərədən, Rusiyadan, Türkiyədən, bir sözlə, dünyanın hər yerindən gəlməkdədir. Zəngəzur məktəbləri Azərbaycana yüzlərlə yüksək səviyyəli bilikli və bacarıqlı dövlət və siyasət xadimləri, hökumət təmsilçiləri, alimlər, generallar, döyüşçülər, milli qəhrəmanlar, diplomatlar, ictimai fəal insanlar bəxş etmişlər. Onların sayı çoxdur, adlar çəksək bəlkə də bir kitab alınar, kimisə yaddan çıxara bilərik deyə fərdlər haqqında danışmayacağıq. Yalnız onu deyə bilərik ki, Zəngəzur istedadlı, savadlı, çalışqan və mübariz insanların diyarı olmuşdur.
Və su gələn arxa bir də gələr!
Təxminən 100 il bundan əvvəl, daşnak başkəsənlərinin Zəngəzuru işğal etdiyi ağır günlərdə millət vəkili Cəlil Sultanov 1920- ci il yanvarın 24-də Parlamentin sədrinə ünvanladığı teleqramda ümidsizlik və kədər içərisində yazırdı: “Zəngəzur sarıdan başınız sağ olsun, heç olmazsa Qarabağı xilas edin!”
İndi yəqin ki, Cəlil Sultanovun da, şəhidlərimizin də, Zəngəzur həsrəti ilə dünyasını dəyişən minlərlə soydaşımızın da ruhu şaddır!
İndi biz Qarabağı və Şərqi Zəngəzuru tamami ilə qaytarmışıq!
İndi biz Füzulidə, Zəngilanda , Kəlbəcərdə, Laçında yollar, körpülər salırıq, hava limanları tikirik!
İndi biz Zəngəzurlu balalarımız üçün Ağalıda ağıllı məktəb açmışıq, o biri kənd və qəsəbələrdə də açacağıq!
Zəngəzurun ən yeni tarixini həmin məktəblərdə oxuyan balalarımız yazacaqdır!
Hələlik isə Milli Ordumuzun qəhrəman əsgərləri İşıqlı dağındadır, Zəngəzura nəzarət edir!
İndi üzümüz Qərbi Zəngəzura doğrudur!
Zəngəzur Azərbaycandır!
Musa Urud,
Millət vəkili
Oxşar xəbərlər
Son Xəbərlər
-
Rusiya ilə Ermənistan arasında problemlər var - Kremldən etiraf
-
Paşinyan hücum tapşırığı verdi: bu gün İrəvanda qırğın olacaq
-
Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir
-
Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"
-
DİQQƏT! Bu dondurmalar zəhərləyir - Necə ayırd etmək olar?
-
Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı
-
Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin!
-
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
-
Avroviziya - Avropanın ən böyük mahnı müsabiqəsi haqqında 18 maraqlı fakt
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Bakı və İrəvan 5 ay ərzində sülh sazişi imzalaya biləcəkmi? - DETALLAR
-
Stresdən necə qurtulaq?
-
Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO
-
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...
-
Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər
-
ABŞ-dan “gələcək dünya” ilə bağlı ŞOK İDDİA: 6 vacib ölkə olacaq - Türkiyə də...
-
Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA
-
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
-
Sabahın hava proqnozu açıqlandı
-
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Bu işçilərə kompensasiya ödəniləcək
-
Azərbaycanla delimitasiya işlərinin 90% tamamlanıb - Paşinyan açıqladı
-
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
Qalaktika müstəmləkəyə çevriləcək - Mask tarixi açıqladı
-
Cəlilabad şəhər Prişib tibb məntəqəsinin uşaq şöbəsinin həkimi Əliyev Saleh həkimin adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir
-
Ağrı da yoluxucu imiş... - Dəhşətli ARAŞDIRMA
-
Günəşdə yeddi güclü partlayış baş verdi
-
Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
14:18 -
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
14:18 -
Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı
14:19 -
DİQQƏT! Bu dondurmalar zəhərləyir - Necə ayırd etmək olar?
14:19 -
Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin!
14:19
-
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
12:24 -
Cəlilabad şəhər Prişib tibb məntəqəsinin uşaq şöbəsinin həkimi Əliyev Saleh həkimin adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir
14:03 -
Naftalan Şəhər Bələdiyyə sədri Verdiyev Elman Elim oğlunun Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəllidir
12:01 -
Günəşdə PROSES BAŞLADI: maqnit qasırğası xeyli gücləndi
12:29 -
Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR
12:29
-
Sabirabad Perinatal Mərkəzinin cərrah ginekoloqu Mehriban xanım öz işinə məsuliyyətli yanaşan, peşəsinə böyük sevgi hissi ilə bağlı olan bir həkimdir
13:30 -
ABŞ İrəvana məsləhətçi və hərbi texnika göndərir - Sərhədimizə gəlirlər
13:28 -
Sabirabad rayon Heyvandarlıq bazarının rəhbəri Hacı Əliş müəllimin əl tutub, iş verdiyi insanların sayı hesabı yoxdur
15:21 -
Dünya bazarında neft qiymətləri necə dəyişib?
08:37 -
Paşinyan müdafiə nazirinə Əliyevdən qorxduğu haqda nələr deyib?
13:29 -
Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur
17:16 -
Qazax rayonu, Qırmızı Körpü yolunun üzərində yerləşən Yanacaq doldurma məntəqəsinin rəisi Mehman müəllim öz işini vicdan və ləyaqətlə icra edir
13:09 -
Daşkəsən rayon Kobalt qəsəbəsində yerləşən Peşə məktəbində qanunsuzluqlar baş alıb gedir. Rəhbərlik öz işinə niyə məsuliyyətsiz və laqeyd yanaşır?
20:58 -
Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq
12:55 -
Gəncə şəhər 1 saylı Notariat ofisinin müdiri Elnur Məhərrəmov öz işinin peşəkarı insandır
12:30