Qənirə Paşayeva ən gənc caz-muğam ifaçısı Məhəmməd Allahverdiyevi qəbul edib - FOTO
12-04-2021, 12:41
181

Qənirə Paşayeva ən gənc caz-muğam ifaçısı Məhəmməd Allahverdiyevi qəbul edib - FOTO




Qənirə Paşayeva ən gənc caz-muğam ifaçısı Məhəmməd Allahverdiyevi qəbul edib - FOTO
Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri Qənirə Paşayeva Bülbül adına orta ixtisas musiqi məktəbinin VII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı, ən gənc caz-muğam ifaçısı Məhəmməd Allahverdiyevi qəbul edib.
 
Q.Paşayeva gənc istedadın öz anasının mənəvi dəstəyi ilə həyata keçirdiyi maraqlı musiqi layihələrindən məmnunluğunu bildirib. Beləki gənc ifaçının xarici ölkələrdəki həmkarlarıyla virtual əməkdaşlıq ortamında eyni mahnını ifa edərək, həm ölkəmizi təbliğ, tərənnüm etdiyini, həm də, yeni mədəni körpülər yaratdığını söyləyib. Bu işdə diaspor təşkilatlarımızın, xaricdə yaşayan nüfuzlu həmvətənlərimizin dəstək göstərməsini yaxşı hal sayan Q.Paşayeva Mədəniyyət Komitəsinin də öz mənəvi dəstəyini əsirgəməyəcəyini vurğulayıb.
 
Görüşdə Məhəmmədin anası Gülnarə Allahverdiyeva da iştirak edib. Gülnarə xanım özü də musiqiçidir. Estrada sənəti üzrə baş müəllim kimi ADMİU-da, həmçinin şəxsi vokal evində bir çox uğurlu tələbələr yetişdirib, mədəni-kütləvi tədbirlər təşkil edib, Azərbaycan Alpaqut Federasiyasının Mədəniyyət komitəsinin sədri vəzifəsində çalışıb. Anasının musiqiçi olması Məhəmmədin fəaliyyətinə birbaşa təkan verir.
 
Görüş zamanı bu ilki mühüm mədəniyyət tədbirləri, özəlliklə klassiklərin yubileyləri, Şuşada keçiriləcək festivallar haqqında, Azərbaycanın görkəmli incəsənət xadimlərinin irsinin təbliği barəsində fikir mübadiləsi aparılıb.
 
Komitə sədri gənc istedada və onun anasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
 

Oxşar xəbərlər