Elm və Təhsil Nazirliyi mühüm açıqlama yaydı:Aprelin 15-dən etibarən...
11-04-2023, 18:57
44

Elm və Təhsil Nazirliyi mühüm açıqlama yaydı:Aprelin 15-dən etibarən...




Aprelin 15-i saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.
Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Oxşar xəbərlər