Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ!
1-11-2022, 10:19
68

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ!

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ!
Noyabrın 1-dən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.
 
Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu regional təhsil idarəsinə təqdim edə bilərlər.
 
Ətraflı məlumatı regional təhsil idarələrinin sosial media hesablarından əldə etmək mümkündür.

Oxşar xəbərlər