Türk dövlətlərinə ÇAĞIRIŞ - Siz də mövqeyinizi bildirin!
16-11-2022, 17:45
31

Türk dövlətlərinə ÇAĞIRIŞ - Siz də mövqeyinizi bildirin!

Türk dövlətlərinə ÇAĞIRIŞ - Siz də mövqeyinizi bildirin!
“Fransanın hədəfində Azərbaycan ilə yanaşı, Türk dövlətləri də var”.
 
Bu barədə deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
 
“Buradan Türk dövlətlərinə səslənirəm. Biz qətnaməni oxuyanda görürük ki, orada Azərbaycanla bərabər, Türk dövlətləri də hədəf alınıb. Ona görə də Türk dövlətləri öz mövqeyini bildirməli, Azərbayca ilə bir olduğunu göstərməlidir. Biz bilirik ki, Fransanın növbəti hədəfi müsəlmanlardır. Müsəlman ölkələri Fransaya qarşı Azərbaycanın yanında olmalıdır”, - deputat çıxışında deyib.
 
Qeyd edək ki, ötən gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. 

Oxşar xəbərlər