İspaniya XİN-dən Azərbaycanla bağlı mühüm AÇIQLAMA
10-10-2022, 10:49
45

İspaniya XİN-dən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

İspaniya XİN-dən Azərbaycanla bağlı mühüm AÇIQLAMA
İspaniyanın bərpa olunan enerji mənbələri ilə məşğul olan şirkətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verə bilər.
 
Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
 
“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış anlaşma memorandumu ölkələrimiz üçün gözəl əməkdaşlıq perspektivləri açır. Təkcə İspaniyanın “Enagas” şirkətinin Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) layihəsində iştirak etdiyinə görə yox, həm də ona görə ki, bu saziş Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutur”, - nazirlikdən bildirilib.
 
Məlumata görə, enerji sektoruna gəldikdə, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsində SOCAR-la tərəfdaşlığı sayəsində artıq Azərbaycanda özünü tanıtmış İspaniyanın "Tecnicas Reunidas" şirkəti üçün perspektivlər xüsusilə ümidvericidir.
 
Məlumatda, həmçinin qeyd olunub ki, Azərbaycan Dövlət Neft Fondu da enerji sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər.

Oxşar xəbərlər