"Azərbaycan-Türkmənistan münasibətlərində yeni bir dövr başlayıb" - Ülkər Piriyeva
15-03-2021, 17:06
69

"Azərbaycan-Türkmənistan münasibətlərində yeni bir dövr başlayıb" - Ülkər Piriyeva





Xəzər dənizindəki bəzi neft yataqları ilə bağlı fikir ayrılıqlarına görə 90-cı illərdə yaşanan gərginlik Türkmənistanın 2001-ci ildə Azərbaycan səfirliyini bağlaması ilə nəticələndi və münasibətlər kifayət qədər soyuq səviyyədə irəlilədi.
 
Türkmənistanın bitərəflik statusu səbəbindən kifayət qədər inkişaf etdirilə bilməyən münasibətlər, 2000-ci illərin ikinci yarısından etibarən yeni bir ölçü qazandı.
 
Niyazovun ölümündən sonra ölkəni ələ keçirən Berdimuhammedov, Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafına öz töhfəsini vermiş, Xəzərlə bağlı mübahisələr böyük ölçüdə davam etmişdir.
 
2018-ci ilin avqust ayında Xəzəryanı sahil dövlətləri arasında keçirilmiş son görüş çərçivəsində Xəzərin dəniz kimi qəbul edilən səth hissəsinin tərəflərin birgə istifadə etməsinə, dibinin və mineral ehtiyatlarının qonşu dövlətlər arasında beynəlxalq hüquq əsasında bölüşdürülməsinə qərar verildi.
 
Sözügedən razılaşma ilə Azərbaycan Türkmənistan qazının xarici bazara çıxarılmasında ən əsas ölkə kimi ön plana çıxdı.
 
50 milyard barel neft və 9 trilyon kubmetr təbii qaza sahib olduğu təxmin edilən Xəzərdən ən təsirli şəkildə faydalanmaq istəyən sahil ölkələri arasında davam edən rəqabət, razılaşmadan sonra əməkdaşlığa çevrilməli idi və bu belədə odu.
 
Bu çərçivədə alınan qərarların ümumilikdə prosesə müsbət təsir göstərməsi və xüsusilə Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərə prosesə xüsusi töhfə verəcəyi gözlənilirdi və bu gözlənti hər iki ölkə rəhbərləri tərəfindən lazımi səviyyədə təmin edildi.
 
İki ölkənin 3 il ərzində imzaladığı müqavilələrin sayı 50-yə çatdı.
 
Bəli, Xəzərin sahilində dünyanın enerji ötürmə xətlərini yaxından maraqlandırann bir müqavilə imzalandı.
 
Türk Dünyasının iki mühüm ölkəsi olan Azərbaycan və Türkmənistan, mübahisəyə çevrilən Xəzərin altındakı ciddi neft və qaz ehtiyatı ilə bağlı bir fikir birliyinə gəldi.
 
Xəzər bölgəsi ayıran yox, birləşdirən bir şəxsiyyət qazanmağa başladı.
 
Beləliklə, Azərbaycan-Türkmənistan münasibətlərində, xüsusilə son dönəmlərdə yeni bir dövr başladı. Buna iki ölkə və xalqlar arasında qarşılıqlı hörmət, etimad, tarixi, mədəni və mənəvi dəyərlərin tərəfdaşlığı prinsiplərinə əsaslanan dostluq münasibətlərinin inkişafına sadiq olmaları və ikitərəfli münasibətlərin daha da gücləndirilməsi imkanları istiqamətində hər iki ölkə prezidenti tərəfindən son illərdə illərdə müzakirə olunmuş məsələlər və imzalanmış müqavilələr də təsdiqlədi.
 
Diqqət mərkəzində olan həm də, regional və beynəlxalq strukturlarda əməkdaşlıq və eyni zamanda, ölkə rəhbərlərinin qarşısında duran prioritet məsələlər –hər iki ölkənin qlobal sülhünü, sabitliyini və təhlükəsizliyini gücləndirməyə qərar vermələri idi.
 
Bir tərəfdən də, Azərbaycan-Türkmənistan əməkdaşlığının ən vacib tərəfinin Xəzər əməkdaşlığı olduğunu qeyd etməliyik. Təbii ki, öncə 2018-ci ilin avqust ayında Xəzəryanı dövlət başçıları tərəfindən imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında sazişin əhəmiyyətini vurğulamalıyıq.
 
Yuxarida da qeyd etdiyim ki, məhz, 12 avqust 2018-ci ildə, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu” barədə Konvensiya imzalandı.
 
Həmin gün, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və İran Prezidenti Həsən Ruhani imzaladılar.
 
Qeyd edim ki, əlavə olaraq Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı.
 
Bütün bu sənədlər çoxtərəfli əməkdaşlığın nəticəsi və Xəzərdə enerji sahəsi daxil olmaqla yeni əməkdaşlıq mərhələsinin başlanğıcı oldu.
 
Əlbəttə, burada Türkmənistanın ədalətli və şəffaf prinsiplərə əsaslanan qlobal enerji təhlükəsizliyi sisteminin qurulmasındakı mövqeyini nəzərə almaqla bərabər, Türkmənistan tərəfinin 2019-cu ilin oktyabr ayında Qoşulmama hərəkatının Zirvə toplantısında səsləndirdiyi enerji qaynaqlarına bərabər giriş fikri də təsdiqləndiqlənmiş oldu.
 
Sözsüz ki, hər iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələdə güclənməsində, illər ərzində böyük inkişaf yolu keçən, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərən Qoşulmama Hərəkatının sədri Cənab İlham Əliyevin səmərəliliyi, eyni zamanda Azərbaycan dövlətinin beynəlxalq sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş bir sıra beynəlxalq təşəbbüsləri dəstəkləməsini xüsusi vurğulamalıyıq.
 
Nəzərə alaq ki, 2011-ci ilə Qoşulmama Hərəkatına üzv olan Azərbaycan burada olduğu qısa müddət ərzində, beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə
 
müdafiə etməkdə böyük nüfuz qazandı, bununla yanaşı, əlbəttə sədrliyin Azərbaycana həvalə edilməsi, birmənalı olaraq ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü idi.
 
Bu həm də, hər zaman bəşəri dəyərlərin təbliğinə xidmət edən və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirən, özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək idi.
 
Xüsusilə, son illərdə Azərbaycan-Türkmənistan arasında olan əlaqələrin daha da güclənərdirilməsi və irəliləməsi istiqamətində lazımlı təməl olaraq, hər iki ölkənin özünü tamamilə təmin etdiyi, beynəlxalq kredit fondlarından, xarici nüfuzdan və kapitaldan asılı olmadığı, bunlarla bərabər, hər iki ölkənin milli və mənəvi prinsiplərə sadiqliyi də əsaslı rol oynayır.
 
Eyni zamanda, iki ölkənin enerji sahəsində əməkdaşlığı və qarşılıqlı anlaşmanı möhkəmləndirməsi, iki böyük qüvvəni birləşdirərək Xəzər dənizi bölgəsində davamlı enerjinin inkişafına ən əlverişli şərait yaratmaq istiqamətində iki ölkə tərəfindən aparılan uzun illərin işinin nəticəsidir.
 
Qeyd edim ki, iki ölkənin də neft və qaz sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük imkanları var və hər iki ölkə rəhbəri bu perspektivdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün ən mühüm addımları atır.
 
Belə ki, Yanvar ayının əvvəlində Azərbaycan qazı Trans Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatmağa başlamışdı. Rusiya hazırda Avropa təbii qaz bazarının 34% -nə nəzarət edir. Bundan əlavə, Türkmənistan neftini Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarlarına çıxarmaq mümkün olur. Həm də, Türkmənistan dünyada təsdiqlənmiş qaz ehtiyatlarına görə% 10,1 payla 4-cü yerdədir.
 
Əməkdaşlıq prosesi həm Azərbaycan, həm də Türkmənistan iqtisadiyyatına yeni gəlirlər gətirəcəkdir. Strateji baxımdan, hər iki ölkə bütün dünyaya enerji mənbəyi və keçid xətti olma xüsusiyyətlərini daha aydın şəkildə göstərmiş oldu. Bu səbəbdən Türk Dünyasının bu iki əhəmiyyətli ölkəsi, prosesə başqa ölkələrin də əlavə oluna biləcəyini göstərdi. Xəzəryanı dövlətlərin Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan ibarət olduğunu xatırlasaq, Azərbaycan və Türkmənistan arasındakı razılaşmaların əhəmiyyətini daha yaxşı başa düşmək olar.
 
Həqiqətən də, hər iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi istiqamətində atılan ilkin addımlar, Türk dünyasının öz aralarındakı potensialını dəyərləndirmə hədəfinin açıq bir təzahürü olaraq qiymətləndirilə bilər.

Oxşar xəbərlər