Bakıdan gələnlərlə danışmışam... - Xankəndidən İrəvana qaçan Balasanyan ilk dəfə açıqladı
11-06-2024, 14:19
9

Bakıdan gələnlərlə danışmışam... - Xankəndidən İrəvana qaçan Balasanyan ilk dəfə açıqladı






2023-cü ilin sentyabrında Qarabağda keçirilən anti-terror tədbirlərindən sonra gizli yollarla Xankəndidən İrəvana qaçan Vitali Balasanyan ilk dəfə erməni ictimaiyyətinin önünə çıxıb.

Publika.az xəbər verir ki, keşiş Baqrat Qalstyanın hərəkatına qoşulan V.Balasanyan jurnalistlərə açıqlamasında Qarabağa görə Paşinyanı ittiham edib.

Balasanyan iddia edib ki, 2022-ci ilə qədər o, Qarabağda Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıb.

“İndi bizim Azərbaycanla heç bir əlaqəmiz yoxdur, Ermənistan hökumətinin başçısı əlaqə saxlamalıdır. Mən xidmət etmək, tapşırıqları yerinə yetirmək üçün bir dəfə yox, 11 dəfə müraciət etmişəm. Nikol Paşinyan bunu inkar edə bilməz. 2023-cü ilin yanvar ayından heç bir vəzifə tutmamışam, ondan sonra hansı danışıqların aparıldığını bilmirəm. Mən Azərbaycan nümayəndələri ilə danışıqları 2022-ci ilin dekabr ayına qədər aparmışam”, - Balasanyan iddia edib.

Oxşar xəbərlər