Ermənistana keçən Balasanyanı Təhlükəsizlik Xidməti dindirib
16-10-2023, 09:01
26

Ermənistana keçən Balasanyanı Təhlükəsizlik Xidməti dindirib




Özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətində şahid qismində dindirilib.

Turantv.az xəbər verir ki, bu barədə News.am-a onun vəkili Rafael Martirosyan bildirib.
“Cənab Balasanyanın ümumiyyətlə işə aidiyyəti yoxdur, o, şahid qismində dindirilib və hesab edirəm ki, cənab Balasanyanın ifadəsinin bu cinayət işinin istintaq prosesi ilə heç bir əlaqəsi olmayacaq”, – o bildirib.
Vəkil cinayət işinin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanları Qarabağdakı qondarma rejimin keçmiş “rəhbərləri”ni və “vəzifəli şəxsləri”ni saxlayarkən, Balasanyanın da onların arasında olduğu qeyd edilirdi. Lakin daha sonra onun Ermənistan tərəfə keçə bildiyi məlum olub.

Oxşar xəbərlər