Fransa zabitini Ermənistana göndərir: Bu ərazidə döyüşəcək xüsusi təyinatlılar hazırlayacaq
24-10-2023, 13:35
24

Fransa zabitini Ermənistana göndərir: Bu ərazidə döyüşəcək xüsusi təyinatlılar hazırlayacaq




Fransa Ermənistana ordu zabitini Müdafiə Nazirliyinin hərbi müşaviri kimi göndərəcək, həmçinin Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlayacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsindəki hesabında erməni həmkarı Suren Papikyanla Parisdə apardığı danışıqların nəticələri barədə danışarkən bildirib.

Lekornu tərəflərin əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqramları və sahələri sadalayıb. O, 2023-cü ilin yanvarında Fransanın səfirliyə hərbi attaşe təyin etdiyini xatırladıb.

Gələcək əməkdaşlığa fransalı zabitin Ermənistan Müdafiə Nazirliyinə hərbi məsləhətçi kimi göndərilməsi, hərbçilərin çoxsaylı işgüzar görüşləri və səfərləri, çavuş və zabitlər hazırlayan hərbi təhsil müəssisələri ilə qarşılıqlı əlaqə daxildir.

Nazir ayrıca, Ermənistan Silahlı Qüvvələri üçün xüsusi təyinatlıların, xüsusən də dağlıq ərazilərdə döyüş əməliyyatları və yüksək dəqiqlikli atışlar üçün hazırlığını qeyd edib.

Lecornu həmçinin artıq elan olunmuş üç GM200 radarının Ermənistana tədarük edildiyini və “Mistral” hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb. Fransa tərəfi həmçinin Ermənistanın yerüstü hava hücumundan müdafiə sisteminin auditini aparmaq niyyətindədir.

Oxşar xəbərlər