Rusiya Ermənistana silahlar göndərdi
17-01-2024, 08:31
25

Rusiya Ermənistana silahlar göndərdi



Rusiya Ermənistana silahlar göndərib.

Publika.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

O bildirib ki, silahlar artıq Ermənistana çatdırılıb.

Deputatın sözlərinə görə, hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib.

Q.Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.

Oxşar xəbərlər