Bu gün Şuşada beynəlxalq konfrans işə başlayıb. Konfrans işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir.
Nədənsə belə mötəbər tədbirdə ABŞ və Fransanın ölkəmizdəki səfirləri gözə dəyməyib. Səbəbinə gəlincə, məlum olur ki, hər iki ölkənin Bakıdakı səfirlərinə konfransda iştirakla bağlı dəvət göndərilsə də, onlar Şuşaya getməkdən imtina ediblər.
ABŞ və Fransa diplomatlarının Şuşa konfransında iştirak etməməsi ortaya ciddi suallar doğurur.
Qəribədir ki, adları çəkilən ölkələrin səfirləri bundan öncə də Azərbaycanın mədəniyyət paytaxtında təşkil olunan beynəlxalq tədbirlərə qatılmamışdılar. Bununla bağlı səfirliklərdən rəsmi açıqlama verilməsə də, səbəblər barədə müxtəlif fikirlər irəli sürmək olar.
İlk növbədə Ermənistan amili və 44 günlük Vətən müharibəsindən sonra tarixə qovuşmuş ATƏT-in Minsk Qrupu məsələsi diqqət çəkir. Belə görünür ki, həmsədrlər hələ də ölü vəziyyətdə olan Minsk Qrupu formatında danışıqların bərpasına ümid edirlər və İrəvanla körpüləri yandırmaq istəmirlər.
Təsadüfi deyil ki, bir neçə gün öncə ABŞ dövlət katibi Entoni Blinkin Minsk Qrupu məsələsini gündəmə gətirməklə, rəsmi Bakının haqlı etirazına səbəb olmuşdu. Bu mənada demək olar ki, həm Vaşinqton, həm də Paris yaxın dostları Ermənistanla əlaqələrə xələl gətirməmək üçün Şuşaya getməkdən imtina ediblər.
Əlbəttə, belə destruktiv mövqe Fransa və ABŞ-ın Azərbaycanla münasibətlərdə, eləcə də Bakı və İrəvan arasında sülh danışıqlarında səmimi olmadığını göstərir. Bu addım həm də ondan xəbər verir ki, ABŞ və Fransa Cənubi Qafqaz regionunda sülhün təmin olunmasında o qədər də maraqlı deyillər. Əksinə Minsk Qrupu formatını yenidən dövriyyətə buraxmaqla problemin uzun müddət qalmasına çalışırlar. Digər tərəfdən işğalçı ölkənin tərəfini tutmaqla Ermənistandan heç nə ilə fərqlənmədiklərini göstərirlər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsinə münasibət bildirib. O, ABŞ və Fransanın Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı oldmadıqlarını bildirib.
"ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir”, - Prezidentin köməkçisi vurğulayıb.
Xatırladaq ki, Fransa və ABŞ səfirlərindən fərqli olaraq, Şuşa konfransına qatılan nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar.
Konfransa Türkiyədən qatılan diplomat və hərbi attaşelərin Ankara-Füzuli aviareysi ilə ölkəmizə gəlmələri xüsusi əhəmiyyət daşıyır.
Konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərimizə səfəri Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Füzuli şəhəri, eləcə də rayonun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə işləri ilə tanış olub, tapılmış minaların zərərsizləşdirilməsi prosesinə baxıblar. Sonra Şuşa şəhərinə yola düşən heyət Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə yolüstü baxış keçiriblər. Konfrans iştirakçıları daha sonra Şuşa şəhərinin görməli yerləri ilə tanış olacaqlar.
Oxşar xəbərlər
Son Xəbərlər
-
Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
-
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
-
Venesuelada ölənlərin sayı sürətlə artır
-
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
-
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
-
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
-
Süni intellektlə həyata keçirilən kiberhücumlar artır
-
"Coca-Cola"-nın sirri: Dünyanın ən məşhur içkisi necə narkotik tərkibli "dərman" kimi yaranıb?" - "Space Daily"
-
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
-
Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib - FOTO
-
Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
-
Rusiyaya qarşı yeni sanksiyalar paketi - 61 senator dəstəklədi
-
ABŞ İranda 5 körpünü dağıdıb: Ölənlər var
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
09:34 -
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
11:36 -
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
11:33 -
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
09:35 -
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
09:33