“Bu qarşıdurma Ermənistan ordusunun sonuna çıxacaq...”
11-03-2021, 10:07
54

“Bu qarşıdurma Ermənistan ordusunun sonuna çıxacaq...”

“Bu qarşıdurma Ermənistan ordusunun sonuna çıxacaq...”
Gündəm
Oxunub: 2799
10 Mar 2021 | 14:07



“Bu qarşıdurma Ermənistan ordusunun sonuna çıxacaq...”
“Həmin proseslər Paşinyanın hakimiyyətdən uzaqlaşmasına səbəb olmayacaq...”
 
“Ermənistanın revanş göstərmək, yəni Azərbaycan ərazilərini yenidən işğal etmək cəhdi söhbəti daha uzaqlara gedir”.
 
Bu fikri Moderator.az-a açıqlamasında keçmiş Xarici İşlər naziri Tofiq Zülfqarov son günlər qəsbkar ölkənin baş naziri və Baş Qərargah rəisi arasında yaranmış münaqişəni şərh edərkən söyləyib.
 
“Birincisi, nəzərə almaq lazımdır ki, Onik Qasparyanı o vəzifəyə təyin edən elə Paşinyan özüdür. İkincisi, hesab edirəm ki, yüksək rütbəli hərbçilər arasında yaranmış bu qarşıdurma  Paşinyanın hakimiyyətdən uzaqlaşmasına səbəb olmayacaq. Amma onsuz  da Azərbaycanın “dəmir yumruğu”ndan əzilmiş işğalçı erməni ordusunu tamamilə dağıdacaq, onun sonuna çıxacaq. Odur ki, bu baxımdan da Ermənistanın revanş göstərmək, yəni Azərbaycan ərazilərini yenidən işğal etmək cəhdi söhbəti daha uzaqlara gedir. Və bütün bunların nəticəsində  Ermənistanın Rusiyadan uzaqlaşma prosesi daha da güclənəcək. Belə görünür ki, Rusiya da buna hazırdır. Yəni Kreml Ermənistanın Qərbə yönəlmə prosesinin qarşısını almaq üçün hansısa hərəkətlər etsə də, etməsə də, ermənilərin tam könlünü almaqdan ötrü hazırda onun elə bir potensialı yoxdur... Ona görə də Türkiyə ilə birliyimizi də nəzərə alsaq,  Ermənistan Azərbaycanla müqayisədə Rusiya üçün normal partnyor kimi bizimlə rəqabət edə bilməz. Odur ki, elə Moskva da Ermənistana yox, bizə stavka edəcək...”- deyə sabiq baş diplomat vurğulayıb.
 


Oxşar xəbərlər