Paşinyanın Xankəndində Araiklə birgə Lələtəpəyə əks-hücum qərarı verməsinin görüntüləri yayıldı... - VİDEO
12-04-2021, 12:38
62

Paşinyanın Xankəndində Araiklə birgə Lələtəpəyə əks-hücum qərarı verməsinin görüntüləri yayıldı... - VİDEO




Paşinyanın Xankəndində Araiklə birgə Lələtəpəyə əks-hücum qərarı verməsinin görüntüləri yayıldı... - VİDEO
“Qarabağdakı erməni ordusunun onurğa sütunu bu kabinetdə barəsində qərar verilən Lələtəpəyə hücumda qırıldı...”
 
“6 oktyabr 2020-ci il tarixində, saat 15: 00-da -Cəbrayılın süqutu onsuz da aydın olduğu bir məqamda Ermənistanın həmin vaxt Stepanakertdə olan faktiki lideri cinayətkar bir qərar verdi və nəticədə bu erməni hərbi birləşmələri tamamilə məhv edildilər:
 
* Cəbrayıldakı hərbi hissəsinin qalıqları
* Füzuli tank hərbi hissəsi - 
* Xocalı tank hərbi birliyi
* Araler (Daşkəsən) hərbi hissəsinin qalıqları
* Piyada və hərbi texnikanın çox hissəs...i”
 
Moderator.az xəbər verir ki, bu  məlumatı qəsbkar Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan sosial şəbəkədə paylaşıb. 
 
“Əslində Artsax Müdafiə Ordusunun onurğa sütunu bu kabinetdə barəsində qərar verilən Lələtəpəyə edilən macəra hücumu səbəbiylə qırıldı. Əks-hücumdan əvvəl müvafiq artilleriya hazırlığı və ya kəşfiyyat aparılmadı - heç nə! Yalnız "keçmiş rəhbərlər" in itirdiyi əraziləri geri alacaqları ilə "lovğalanmaq" üçün ordunu qurban vermək məqsədli bir niyyət var idi. Nəticədə hərbi texnikamız düşmənə qaldı, piyadalarımız isə - "Smerç" zərbələri altında ...
 

 
 
Videodan gördüyünüz kimi, bu ofisdə nə Serj Sərkisyan var, nə Robert Köçəryan, nə də digər sabiqlər. Bu otaqda 2018 və 2020-ci illərdə erməni xalqı tərəfindən seçilmiş adamlar var”-  L.Köçəryanın paylaşımının ardında belə deyilir.
 
Fevral ayında yayılmış məlumatlara görə, ermənilər Lələtəpəyə əks-hücum əməliyyatında təxminən 830 hərbçi itirib.

Oxşar xəbərlər