Millət vəkili seçicilərlə növbəti qəbul keçirdi – FOTOLAR
7-04-2021, 08:56
64

Millət vəkili seçicilərlə növbəti qəbul keçirdi – FOTOLAR




Millət vəkili seçicilərlə növbəti qəbul keçirdi – FOTOLAR
Milli Məclisin deputatı Aqil Məmmədov Bakı şəhərində Kəlbəcər rayonundan olan seçicilərlə növbəti qəbul keçirib.
 
Seçicilər qəbulda fərdi məsələlərlə yanaşı,  işğaldan azad edilmiş torpaqlara qayıdışla bağlı da fikirlərini və istəklərini ifadə ediblər.
 
Millət vəkili A.Məmmədov bildirib ki, köçkün əhalinin daha tez müddətdə doğma torpaqlara qayıtması üçün ölkə Prezidenti İlham Əliyevin  göstərişləri ilə intensiv təhlükəsizlik və infrastruktur işləri həyata keirilir. “Ərazilərin minalardan təmizlənməsi üzrə qurumun yenidən formalaşdırılması, Dirçəliş Fondunun yaradılması, 2021-ci il dövlət büdcəsindən bərpa işlərinə böyük məbləğdə vəsaitin ayrılması da bu məqsədə xidmət edir”.
 
Seçiciləri narahat edən məsələlər fərdi qaydada dinlənilib, hər bir müraciətlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərə çatdırılıb.




Oxşar xəbərlər