Türkiyə Mansur Yavaş və  Meral Akşenerə görə Çinə nota verdi... - MARAQLI
7-04-2021, 08:55
80

Türkiyə Mansur Yavaş və Meral Akşenerə görə Çinə nota verdi... - MARAQLI



Türkiyə Mansur Yavaş və  Meral Akşenerə görə Çinə nota verdi... - MARAQLI
Çin Xalq Respublikasının Türkiyədəki Səfirliyi “Twitter” hesabından Ankara Böyükşəhər Bələdiyyə başqanı Mansur Yavaş və İyi Parti başqanı Meral Akşenerin Sincanın Barın bölgəsində edilən qırğınla bağlı şərhlərinə reaksiya verib. 
 
Çinin Ankaradakı səfiri Liu Şaobin Akşener və Yavaşı hədəf alan paylaşıma görə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.
 
İyi Parti başqanı Meral Akşener dünən “Twitter” hesabından etdiyi açıqlamada bildirib ki, “Çin əsarətinə boyun əyməyən Şərqi Türküstanlı soydaşlarımızı şəhadətlərinin ildönümündə rəhmətlə anırıq. Əsarət altındakı soydaşlarımızı unutmayacaq,  uğradıqları zülmə səssiz qalmayacağıq. Şərqi Türküstan bir gün mütləq müstəqil olacaqdır”.
 
"31 il keçməsinə baxmayaraq, hələ də Şərqi Türkistandakı qırğının ağrısını ilk gün kimi hiss edirik. Barın şəhidlərini rəhmətlə anırıq”. Bu fikirlər isə Mansur Yavaşın açıqlamasında yer alıb.
Çin Xalq Respublikasının Türkiyədəki Səfirliyi isə “Twitter”dən edilən  açıqlamada Meral Akşener və Mansur Yavaşın sosial media hesablarını etiketləyərək Akşener və Yavaşa cavab verib: "Sincan Uyğur Muxtar Bölgəsi Çinin ərazisinin ayrılmaz bir hissəsidir. Bu, dünyada qəbul edilmiş və mübahisəsiz bir həqiqətdir. Bölgə bütövlüyünə qarşı hər cür çağırışa qətiyyətlə qarşı çıxır və şiddətlə qınayırıq. Çin tərəfi ədalətli cavab vermək hüququnu özündə saxlayır”.


Oxşar xəbərlər