SON DƏQİQƏ! Azəbaycanla Rusiya razılığa gəldi
26-12-2022, 10:50
161

SON DƏQİQƏ! Azəbaycanla Rusiya razılığa gəldi




Rusiya Azərbaycanla bu ölkənin daxili istehlakı üçün qaz tədarükünün artırılması ilə bağlı razılığa gəlib.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Gələcəkdə onlar (Azərbaycan-red) qaz hasilatını artırdıqda biz svop əməliyyatları müzakirə edə biləcəyik”, - Baş nazirin müavini bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan və Özbəkistan nümayəndələri ilə də bu ölkələrin daxili bazarlarına qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparır.
Novak qeyd edib ki, Rusiya uzunmüddətli perspektivdə Əfqanıstan və Pakistana təbii qaz ixrac edə bilər.

Oxşar xəbərlər