Xərçəng diaqnozu ölüm demək deyil - Professor
21-10-2022, 16:00
45

Xərçəng diaqnozu ölüm demək deyil - Professor

Xərçəng diaqnozu ölüm demək deyil - Professor 
Hər il dünyada 1 milyondan çox xəstəyə süd vəzi xərçəngi diaqnozu qoyulur.
 
Bunu Birinci Beynəlxalq süd vəzi xərçəngi konqresində Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib.
 
O, bildirib ki, xəstəliyin ölüm faizi yüksəkdir: "Bu səbəbdən süd vəzi xərçəngi ictimai səhiyyə problemidir. Çox təəssüf ki, süd vəzi xərçəngi diaqnozu qoyulan xəstələr arasında vəfat edənlərin sayı az deyil. ATU-da bu xərçəng növü də daxil olmaqla digər növlərin profilaktikası məsələsinə böyük yer verilir. Hər il xəstəliyin erkən diaqnozunun vacibliyi ilə bağlı kütləvi maarifləndirmə işləri keçirilir".
 
G.Gəraybəyli bildirib ki, süd vəzi xərçənginin erkən diaqnostikası ilə bağlı həkimlər arasında geniş əməkdaşlıq layihələri planlaşdırılır: "Qeyd etmək istəyirəm ki, xərçəng diaqnozu ölüm demək deyil”.

Oxşar xəbərlər