Bu il İİV-ə yoluxanların SAYI
20-10-2022, 13:05
39

Bu il İİV-ə yoluxanların SAYI

Bu il İİV-ə yoluxanların SAYI
Bu ilin 9 ayında Azərbaycanda 602 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub.
 
Bu barədə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.
 
Bildirilib ki, ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9985 nəfər qeydiyyata götürülüb (9659-u Azərbaycan vətəndaşı, 326-sı əcnəbi).
 
Rəsmi məlumata görə, İİV-ə yoluxanların 7114-ü kişi, 2871-i qadınlardır.
 
Onlardan 3542-si İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2489 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Oxşar xəbərlər