Azərbaycanda maska istehsalı 10 dəfə AZALIB
23-08-2022, 11:34
54

Azərbaycanda maska istehsalı 10 dəfə AZALIB

Azərbaycanda tibbi maska istehsalı kəskin azalıb.
 
Bu barədə  açıqlamasında Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva bildirib. Onun sözlərinə görə, koronavirusun geniş yayıldığı dövrlə müqayisədə hazırda istehsal təxminən 10 dəfə azalıb.
 
Belə ki, bir-iki il öncə gündəlik istehsal 500-600 min olduğu halda, hazırda bu rəqəmlər 50-60 min təşkil edir.
 
“Gündə 600 min maska istehsal edə bilərik. Ancaq məhsulun satışında problem var. Bu səbəbdən indi gündəlik 50-60 min maska istehsal edirik”, - fabrik rəhbəri vurğulayıb.
 
S.Babayeva onu da qeyd edib ki, müəssisənin hazır 5 milyon tibbi maska, 10 milyon xammal ehtiyatı mövcuddur.

Oxşar xəbərlər