Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov Prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq insandır
3-12-2024, 09:30
393

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov Prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq insandır

Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdur. 


Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir. 

Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir. 


1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. 


Hər kəs harada çalışmağından asılı olmayaraq, ilk növbədə peşəsinin vurğunu olmalı, ona qırılmaz tellərlə bağlanmalıdır.


Zaman tarixi şəxsiyyətlər, böyük xeyriyyəçilər, dahi insanlar yetişdirir. Bu böyük şəxsiyyətlər həyatlarını xalqının və dövlətinin inkşafına xidmət üzərində qururlar. Belə şəxsiyyətlər illər əsrləri əvəz etsə də heç zaman unudulmurlar. Hər zaman insanların yadddaşında, ürəklərində yaşayırlar.


Ramiz Zeynalov da məhz bu xüsusiyyətlərin hər birini özündə daşıyan bir insandır. O, özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.


Hər kəsə bəllidir ki, o, yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. 


Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz


O, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. 


Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Ramiz müəllim elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. 


Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Ramiz müəllimə və onun bütün kollektivinə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  


Oxşar xəbərlər