Üzücü xəbər: Mahir Muradov  qəfil vəfat etdi
5-01-2023, 12:23
94

Üzücü xəbər: Mahir Muradov qəfil vəfat etdi




Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.
O, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti məlumatı “Report”a təsdiqləyib.
Qeyd edək ki, M.Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildən başlayıb. Həmin ildən 1979-cu ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışıb. 1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1983-cü ildən başlayaraq 2012-ci ilədək prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləyib. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.
2016-cı ildə Prezidentin sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilib.
 

Oxşar xəbərlər