Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat Institutunun direktoru İbrahim Cəfərova dövlət və dövlətçiliyimizə verdiyi töhfələrə görə təşəkkür edirik
4-07-2023, 14:59
149

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat Institutunun direktoru İbrahim Cəfərova dövlət və dövlətçiliyimizə verdiyi töhfələrə görə təşəkkür edirik

Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat Institutunun direktoru İbrahim Cəfərovdur.


20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub. 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçib.


1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980–1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985–1988-ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.


İbrahim Cəfərov 6 oktyabr 2022-ci ildə kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub.


O, işinə başladığı ilk gündən vəzifəsini vicdan və ləyaqətlə yerinə yetirmişdir. Işçi kollektivinin, dərin hörmət və rəğbətini qazanmışdır. Işçilərinin rahat olmaları üçün əlindən gələnin artığını etmişdir. Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən işinin peşəkarı bir insandır.
İbrahim müəllimin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, işinin peşəkarı bir insandır.


Peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.
Demək olar ki, Respublikanın əlamətdar günlərini, Ulu Öndərimizin Doğum günü, Anım günü daima onun diqqət mərkəzindədir.


O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial, qətiyyətli və dürüst mövqe tutmuşdur.


Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur. 


Biz də bu çətin və şərəfli işində Ibrahim müəllimə və onun bütün kollektivinə gələcək işlərində uğur və nailiyyətlər arzulayırıq.


2023-cü il “Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edirik.

Oxşar xəbərlər