Ölkə / Cəmiyyət
7-10-2024, 11:33
290
Nəbiyev Elçin Fikrət oğlu
Nəbiyev Elçin Fikrət oğlu - 10 dekabr 1967-ci ildə Balakən rayonu Xalatala kəndində müəllim ailəsində anadan olmuşdur. 1973-cü ildə Xalatala kənd tam orta məktəbinin I sinfinə qəbul edilmiş və 1983-cü ildə həmin məktəbi bitirmişdir.
1986-1990-cı illərdə Aviasiya marşalı V.A. Sudsa adına Stavropol Pilot və Şturman Ali Hərbi Aviasiya Məktəbində taktiki aviasiya şturmanı ixtisası üzrə təhsil almışdır.
1990-1992-cı illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, müxtəlif hərbi təyyarələrdə, o cümlədən MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir.
Xidmət etdiyi müddətdə hərbi hissənin şturmanı, Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının Baş Qərargah rəisi kimi mühüm vəzifələrdə çalışmış, I və II Qarabağ müharibələrində fəal iştirak etmişdir. Son xidmət yeri Azərbaycan Respublikası Sərhəd Xidməti olmuşdur.
30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində 53 yaşında həlak olmuşdur.
1 dekabr - 2021-ci il tarixində Bakı şəhərində II Şəhidlər Xiyabanında dəfn edilib.
Hərbi rütbəsi - Polkovnik
Ailəli idi, iki övladı var.
Allah rəhmət eləsin!