
Dünya
3-04-2025, 14:22
42
Pakistan prezidenti xəstəliyə yoluxdu

Bunu "Geo TV" telekanalı siyasətçinin həkimi Asim Hüseynə istinadən bildirib.
Həkimin sözlərinə görə, Zərdarinin COVID-19 testi müsbət çıxıb və o təcrid olunub.
"Prezidentin səhhəti ilə əlaqədar onunla bütün görüşlər qəti qadağan edilib", - deyə Hüseyn vurğulayıb. O əlavə edib ki, prezidentin vəziyyətinə gecə-gündüz tibbi komanda nəzarət edir.
Xatırladaq ki, ötən gün Pakistan prezidenti Kəraçi şəhərindəki xəstəxanaya yerləşdirilib.