Siyasət
3-04-2025, 14:16
114
10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni qoşunlar çıxarılır
Bu barədə Açarkurt icma şurasının keçmiş üzvü Karen Qazaryan deyib.
O qeyd edib ki, aprelin 15-dən sonra demarkasiya işlərinə start veriləcək və erməni qoşunları mövqlərindən çıxarılacaq.
“Bu haqda hələ yanvar ayında məlumat almışdım. Hazırda qoşunlar eyni yerdə dayanıb, sadəcə müəyyən hazırlıq işləri aparılır. Son günlər Voskepar (Əskipara)-Bağanis yolunda tikanlı məftillər çəkilir. Anklav olan Yuxarı Əskiparanın təhvil veriləcəyini bilirik, lakin hazırda İcevan, Bərxudarlı, Sofulu yolunda müəyyən işlər görülür. Bu işlər başa çatdırılacaq və minaların təmizlənməsinə strat veriləcək. Əldə etdiyim məlumata görə, aprelin 15-dən sonra qoşunların çıxarılması həyata keçiriləcək”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sərhədin delimitasiyasının şimal istiqamətində - Qazax-Tavuş – davam etdirilməsi ilə bağlı razılığa gəlib.
