Səhiyyə naziri plastik cərrahlardan DANIŞDI - Aprelin əvvəlində bilinəcək
15-03-2025, 23:37
33

Səhiyyə naziri plastik cərrahlardan DANIŞDI - Aprelin əvvəlində bilinəcək



Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, plastik cərrahların sənədləri ilə bağlı nəticələr ictimaiyyətə elan ediləcək.

Nazir onu da bildirib ki, icbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək: "İcbari tibbi sığorta xidmətlər zərfinə 3315 xidmət daxildir. Bu il də müəyyən tibbi prosedurlar əlavə edliləcək", - nazir qeyd edib.

Oxşar xəbərlər