Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta məktəbində Prezidentimiz cənab İlham Əliyevin portretinə qarşı çox böyük hörmətsizlik edilib
15-05-2024, 16:32
394

Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta məktəbində Prezidentimiz cənab İlham Əliyevin portretinə qarşı çox böyük hörmətsizlik edilib



Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan insanlar var. Həmin insanlar öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.

Ali Baş Komandanımız cənab İlham Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

İndi isə gələk əsas məsələyə Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta məktəbində Prezidentimiz cənab İlham Əliyevin portretinə qarşı çox böyük hörmətsizlik edilib.

Belə ki, məktəb rəhbərliyi və müəllim kollektivi işlərinə o qədər laqeyd və məsuliyyətsiz yanaşırlar ki, bu cür hörmətsizliyi aradan qaldıra bilmirlər. Belə nəticəyə gəlmək olur ki, məktəb direktoru Gülnarə vəzifəsini layiqincə icra edə bilmir. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Prezidentimizə qarşı olunan bu hörmətsizlik hər birimizə qarşı olunmuşdur. Öz vəzifəsinə laqeyd yanaşan, vəzifəsindən sui istifadə edən hər bir məktəb direktoru Gülnarə xanım başda olmaqla ciddi araşdırılmalı, barəsində qanun çərçivəsində tədbir görülməlidir. 

Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Oxşar xəbərlər