Quba rayonu Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbində Azərbaycanın dövlət atributlarından biri olan bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilir
15-05-2024, 10:25
317

Quba rayonu Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbində Azərbaycanın dövlət atributlarından biri olan bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilir


Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Lakin bu gün ölkəmizin bir çox yerlərində, təhsil və dövlət müəssisələrində bayrağımıza qarşı hörmətsizlik olunur. Daha belə bir fakt Quba rayonu Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbində aşkar edilmişdir. Belə ki, çəkdiyimiz video materialda da aydın görünür ki, sözügedən məktəbdə Azərbaycanın dövlət atributlarından biri olan bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilir.

Asılan Azərbaycan bayrağı cırılıb. Bayraq artıq bir müddətdir bu vəziyyətdə asılsa da, onu yenisi ilə əvəz etmək hələ ki, heç kəsin yadına düşmür. çox sayda insan, məktəb rəhbərliyi və müəllim kollektivi dalğalanmalı olan Azərbaycan bayrağının yerində cırılmış bayrağı görürlər. Lakin indiyə qədər məktəb direktoru Məmmədli Nigar adlı xanım və əlaqədar qurumlar bayrağı yenisi ilə əvəzləməyiblər. Buradan belə nəticəyə gəlmək olur ki, Nigar xanım öz işini layiqincə icra edə bilmir. Öz işinə laqeyd və məsuliyyətsiz yanaşır.

Məsələ ilə bağlı üzümüzü tuuruq aidiyyatı qurumlara. Bayrağımıza hörmətsizlik edən hər bir şəxs ciddi araşdırılmalı, barələrində qanuni tədbir görülməlidir.

Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər