Qax şəhər içməli Mineral Su sexinin rəhbəri Muxtarov Camal Həmzət oğlu öz işinin vurğunu bir insandır
Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Qax şəhər içməli Mineral Su sexinin rəhbəri Muxtarov Camal Həmzət oğludur. O, 1940-cı ildə dünyaya gəlmişdir. Camal müəllimin rəhbərlik etdiyi içməli Mineral Su sexinin sularının təmizliyi, gözəlliyi Azərbaycanın heç bir bölgəsində yoxdur. Qax Mineral Su Təsdiqlənmiş ticarət Markasıdır. Şəffaflığı, təmizliyi dillər əzbəridir.
Zaman tarixi şəxsiyyətlər, böyük xeyriyyəçilər, dahi insanlar yetişdirir. Bu böyük şəxsiyyətlər həyatlarını xalqının və dövlətinin inkişfına xidmət üzərində qururlar. Belə şəxsiyyətlər illər əsrləri əvəz etsə də heç zaman unudulmurlar. Hər zaman insanların yadddaşında, ürəklərində yaşayırlar.
Camal müəllimdə məhz bu xüsusiyyətlərin hər birini özündə daşıyan bir insandır. O, özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.
O, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir.