Müdafiə Nazirliyindən hərbçinin ölümü ilə bağlı AÇIQLAMA
27-08-2022, 13:50
75

Müdafiə Nazirliyindən hərbçinin ölümü ilə bağlı AÇIQLAMA

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.
 
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, faktla bağlı araşdırma aparılır.
 
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
 
Qeyd edək ki, qəzada həlak olan Vahid Ərəblinski Zaqatalanın Aşağı Tala kəndindəndir. O, general Balakişi Ərəblinskinin nəticəsidir.
 
Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator ordusunun zabiti, general-leytenant olub.

Oxşar xəbərlər