Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Azər Ələkbərov öz işinin vurğunu bir insandır
19-03-2024, 15:46
325

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Azər Ələkbərov öz işinin vurğunu bir insandır



O, bu gün respublikamızında qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, işlədiyi kollektivdə də bir şəxsiyyət kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində işlədiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır. Söhbət Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Azər Ələkbərovdan gedir.


Azər müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi şəxslər tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Azər müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi Azərbaycanın quruculuq sahəsi tarixinə adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.

O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. 

Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Azər müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  Həmçinin redaksiyamız adından baş direktorumuz Qurban müəllim başda olmaqla Azər müəllimi “Ramazan bayramı" münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

Oxşar xəbərlər