Qax şəhər Tasmalı bələdiyyə sədri Abakar Əliyevə gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik
13-03-2024, 13:10
38

Qax şəhər Tasmalı bələdiyyə sədri Abakar Əliyevə gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik


O, bu gün respublikamızın quruculuq sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, işlədiyi kollektivdə də bir şəxsiyyət kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində işlədiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır. Söhbət Qax şəhər Tasmalı bələdiyyə sədri Abakar Əliyevdən gedir.

Abakar müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Abakar müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi Azərbaycanın quruculuq sahəsi tarixinə adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.

O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. 

Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Abakar müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  Həmçinin redaksiyamız adından baş direktorumuz Qurban müəllim başda olmaqla Abakar müəllimi “Ramazan bayramı" münasibəti ilə səmimi qəlbdən təbrik edirik.









Oxşar xəbərlər