Goranboy rayonu ərazisində yerləşən 58 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov dövlət və dövlətçiliyimizə layiqincə xidmət edir
18-03-2024, 14:14
25

Goranboy rayonu ərazisində yerləşən 58 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov dövlət və dövlətçiliyimizə layiqincə xidmət edir

O, bu gün respublikamızın quruculuq sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, işlədiyi kollektivdə də bir şəxsiyyət kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində işlədiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır. Söhbət Goranboy rayonu ərazisində yerləşən 58 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimovdan gedir.


Məzahir Səlimov hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi şəxslər tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Məzahir müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi Azərbaycanın quruculuq sahəsi tarixinə adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.

O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. 

Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Məzahir müəllim təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  Həmçinin redaksiyamız adından baş direktorumuz Qurban müəllim başda olmaqla Məzahir müəllim “Ramazan bayramı" münasibəti ilə səmimi qəlbdən təbrik edirik.





Oxşar xəbərlər