Şəki rayon Bələdiyyə sədri Mayis Allahverdiyev öz işini vicdan və ləyaqətlə icra edir
24-01-2024, 19:10
148

Şəki rayon Bələdiyyə sədri Mayis Allahverdiyev öz işini vicdan və ləyaqətlə icra edir

Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. Haqqında bəhs etdiyimiz Şəki rayon Bələdiyyə sədri  Mayis Allahverdiyev  da məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən kənddə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Mayis müəllimin üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən kənd sakinlərinin rəğbət hissini qazanan Mayis müəllimin adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Mayis müəllim də, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Mayis müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
O, hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bu gündə davam edir. Onun həyat səlnaməsinə nəzər salanda görürük ki, o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. O, hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur. Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə insanlarımızla qürur duymuşuq, fəxr etmişik.
Bizdə bu çətin və şərəfli işində Mayis müəllimə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

Oxşar xəbərlər