Siyəzən rayonunda nəcib və xoş əməlləri ilə tanınan xeyriyyəçi sahibkar Azay müəllim!
6-01-2024, 12:42
64

Siyəzən rayonunda nəcib və xoş əməlləri ilə tanınan xeyriyyəçi sahibkar Azay müəllim!

Bu gün biz elə bir dünyada yaşayırıq ki, artıq zəmanəmizdə həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlara az-az rast gəlirik. Amma dövlətimizin gördüyü işlər, apardığı məqsədyönlü siyasət nəticəsində artıq bu ənənə dirçəlib. Xeyriyyəçilik missiyası bu gün həmişəkindən daha vacibdir.

Azərbaycanda xeyriyyəçilik ümummilli ideya, ümummilli miqyaslı işdir ki,biz bunu məşhur azərbaycanlı sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin fəaliyyətində bariz şəkildə görmüşük. Sevindiricidir ki, ölkənin hər guşəsində bu ideyanı davam etdirirən xeyriyyəçi sahibkarlar var ki,onlardan biri də Siyəzən rayonunda yaşayıb, fəaliyyət göstərən Azay müəllimdir. Azay müəllim uzun müddətdir öz nəcib əməlləri, xeyriyyəçi addımları ilə rayon ictimaiyyətinin diqqətini çəkib, rəğbətini qazanıb.

Xeyriyyəçilik kimi xoş niyyəti Siyəzəndə ənənəyə çevirən sahibkar rayon ərazisində yaşayan aztəminatlı ailələrə yardım edir, onların ərzaq və geyimlə təmin olunmasında dəstək göstərir. O, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran iş adamıdır. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Azay müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən şəxsdir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir.

Xeyriyyəçilkdən başqa həmişə dövlətçiliyə sadiq olan Azay müəllim sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şəraitindən razılığını bildirir. O, çalışır ki, dövlətimizin vətəndaşlara göstərdiyi qayğıda onun da payı olsun.

Azay müəllim işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Bizdə öz növbəmizdə redaksiyamız adından bu nəcib və xoş əməllərində Azay müəllimə uğurlar arzulayırıq. Həmçinin "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il" münasibəti ilə redaksiyamızın kollektivi adından Azay müəllimi təbrik edir, uzun və sağlam ömür arzu edirik.

Oxşar xəbərlər