Halal zəhmətlə dolanmaq Çingiz Yusibovun ən böyük - UĞURUDUR
5-01-2024, 13:26
62

Halal zəhmətlə dolanmaq Çingiz Yusibovun ən böyük - UĞURUDUR




Dünyada müxtəlif peşələr var: ağır zəhmət tələb edən, yüngül peşələr – hansı ki, insanlar məşğul olur, pul qazanır. Ağır əmək tələb edən peşələrdən biri də tikinti sahəsidir. Tikintinin bütün sahələri zəhmət və güc tələb edir.

Bu gün haqqında danışmaq istədiyimiz şəxs Çingiz Yusibovdur. O, tikintinin bütün sahələrini bilir. Körpü tikintisində, böyük tikintilərin inşasında iştirak etmişdir. Çingiz Yusibovun işinə qarşı həssaslığı çoxdur. Diqqət bu işdə onun əsas yoldaşıdır. Buna görə də gördüyü işlərin keyfiyyəti rayonda dillər əzbəridir: İşi ağırdır, böyük zəhmət, fiziki güc tələb edən işdir, amma əsas odur ki, hamıya sevinc bəxş edir.

O, öz peşəkarlığı ilə hamısının öhdəsindən gəlməyi bacarır. Rayonda daha çox Avropa üslubunda tikintiyə üstünlük verilir ki, bu da, qeyd etdiyimiz kimi, Çingiz ustanı qorxutmur. Hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amal uğrunda yorulmadan çalışması, məhz onun zəhmətkeş bir şəxs olaraq formalaşmasına təsir  edən əsas səbəblər olub. 

Bizdə bu çətin və şərəfli işində Çingiz müəllimə gələcək işlərində uğurlar arzulayırıq. Həmçinin "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il" münasibəti ilə redaksiyamızın kollektivi adından Çingiz müəllimi təbrik edir, uzun və sağlam ömür arzu edirik. 

Oxşar xəbərlər