Sülhməramlılar Qarabağdan çıxır? - Rusiya ilə Azərbaycan arasında danışıqlar başladı
2-01-2024, 14:37
22

Sülhməramlılar Qarabağdan çıxır? - Rusiya ilə Azərbaycan arasında danışıqlar başladı




Moskva Rusiya sülhməramlılarının Qarabağda olması ilə bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir.

Publika.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib .

O xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq münaqişəsi zonasına yerləşdirilib. Onun sözlərinə görə, bu sənəd ləğv edilməyib və orada sülhməramlıların bölgədə 5 il, yəni 2025-ci ilin noyabrına qədər, müddətin daha da uzadılması imkanı ilə qalması nəzərdə tutulub.

“Əlbəttə, 2022-ci ilin oktyabrında Praqa görüşündən başlayaraq Aİ-nin himayəsi altında keçirilən sammitlərdə Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanıması qərarından sonra “yerdə” vəziyyət kəskin şəkildə dəyişdi”, - Qaluzin qeyd edib.

İndi Rusiya Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə nəzərdən keçirir. Qaluzin sözlərinə görə, bu, “qarşılıqlı hörmət və konstruktiv atmosferdə” baş verir.

Oxşar xəbərlər