Bayramda işə çıxanların maaşı necə hesablanacaq? - ACIQLAMA/VİDEO
22-12-2023, 12:33
20

Bayramda işə çıxanların maaşı necə hesablanacaq? - ACIQLAMA/VİDEO

Qarşıda ölkə əhalisini yeddi günlük bayram həftəsi gözləyir.

Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin ardıcıllığı təmin edilib.

Lakin müəyyən sahələr var ki, oradakı əməkdaşları ənənəvi olaraq bayram günlərində də iş başında görürük.

Bəs onların qeyri-iş günlərində çalışmaları qanunvericiliyə görə necə tənzimlənir?

Hüquqşünas Sahib Məmmədov deyib ki, istirahət, səsvermə, iş günü hesab edilməyən digər günlərdə işçilərin işlədilməsi qadağandır.

Lakin burada istisnalar da var. Belə ki, fasiləsiz istehsal və xidmət sahələrində işçilərin belə günlərdə işə cəlb edilməsi mümkündür:

“Bu zaman ödəniş bir qədər fərqli olur. Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq vaxtamuzd işləyən şəxslərə tarif (vəzifə) maaşının iki misli ödənilməlidir”.

Əmək Məcəlləsinə görə, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Ətraflı "Baku" TV-nin süjetində:

Oxşar xəbərlər